9-u var, 4-ü də olacaq
18.12.2010 - 00:10
Bakı İdman Sarayında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnirdə finalçıların adı məlum olub. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, finala vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var.
Bunlar Romal Yusifzadə (52 kq), İlkin Quliyev (56 kq), Pərviz Bağırov (60 kq) və Saqi Sadıqlıdır. Yarımfinalda məğlub olan 9 boksçumuz isə bürünc medalla kifayətlənib.
Turnirin final görüşləri dekabrın 18-də saat 14:00-da start götürəcək.

- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0