Azərbaycan çempionatı başlayır
20.12.2010 - 15:18
Sabah Bakı İdman Sarayında boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda idman cəmiyyətləri, idman klubları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.
Ölkə çempionatında 150-ə yaxın boksçunun döyüşəcəyi gözlənilir. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar. WSB liqasında mübarizə aparan “Baku Fires” klubunun üzvlərindən yalnız Rəhim Nəcəfov yarışda iştirak etmək arzusunda olduğunu bildirib. Turnirin qaliblərinin adı dekabrın 25-də məlum olacaq.
Azərbaycan çempionatının təntənəli açılış mərasimi dekabrın 21-i saat 16:00-da keçiriləcək.
Yarışın proqramı
21.12.2010
Saat 16:00 – İlkin döyüşlər
22.12.2010
Saat 16:00 - İlkin döyüşlər
23.12.2010
Saat 16:00 – 1/4 final döyüşləri
24.12.2010
Saat – 16:00 – Yarımfinal döyüşləri
25.12.2010
Saat – 13:00 – Final döyüşləri

0
0