“Quliyev Azərbaycan yığmasına qayıtmasa, pis olacaq”
21.12.2010 - 17:00
“Biz ilin sonunu gözləyirik. Bütün tədbirləri bundan sonra görməyə başlayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi Məhərrəm Sultanzadə deyib.
Milli komandamızın lideri Ramil Quliyev karyerasını Türkiyə millisində davam etdirmək arzusuna düşüb. “Fənərbaxça” klubunda çıxış edən idmançımız vətənə qayıtmaq istəmir. Sultanzadə bildirib ki, hələ bu barədə dəqiq nəsə demək tezdir: “Biz Ramilə “Fənərbaxça”ın şərəfini qorumaq üçün 1 il icazə vermişik. Bunun üçün həmin tarixi gözləyirik. Əgər bu tarixə kimi ağlını başına toplayıb qayıtmasa, özü üçün pis edəcək. Quliyev Türkiyə vətəndaşlığını qəbul etsə belə, London-2012-də çıxış etmək imkanından məhrum olacaq. Çünki biz ona rəsmi icazə verməyəcəyik. Bunun üçün ən azı 2 il gözləmək məcburiyyətində qalacaq. Tələsməyək, ilin sonunu gözləyək”.
Qeyd edək ki, Quliyev bu ilin əvvəlindən “Fənərbaxça”nın şərəfini qoruyur.

0
0