Elnur Məmmədli Azərbaycan çempionatında 3-cü yeri tutdu
22.12.2010 - 23:42
Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda yığmamızın liderlərindən yalnız olimpiya çempionumuz Elnur Məmmədli qüvvəsini sınayıb.
Son turnirlərdən kənar qalan Məmmədli ölkə birinciliyində 81 kq çəki dərəcəsində deyil, 90 kq-da mübarizə aparıb. Lakin çəkisinin çox olmasından əziyyət çəkən cüdoçu burada da çempion ola bilməyib. O, çempionatı III yerdə başa vurub. Bu çəkidə fəxri kürsünün ən yüksək pilləsinə Ramin Qurbanov çıxıb.
Ondan fərqli, milli komandamızın üzvlərindən İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Emin Tahirov (+100 kq) 1 nömrə olduqlarını sübut ediblər. Kişi idmançıların yarışında digər çəkilərdə Ramil Qasımov (73 kq), Rüstəm Alimli (81 kq), Ramin Qurbanov (90 kq) və Şahin Məmmədov (100 kq) qalib adını qazanıblar.
Xanım cüdoçuların yarışında isə Aişə Qurbanlı (48 kq), Şəhanə Hüseynova (52 kq), Natalya Musayeva (57 kq), Elmira Mustafayeva (63 kq), Raqiyə Qarayeva (70 kq), Leyla İsgəndərli (78 kq) və Nərgiz İbrahimova (+78 kq) qızıl medala layiq görülüblər.
Qeyd edək ki, çempionatda ölkənin 39 şəhər və rayonlarından ümumilikdə 289 cüdoçu mübarizə aparıb.

- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0