Yığmamız İsmayıllıya yollandı
05.01.2011 - 11:27
Taekvondo üzrə Azərbaycan yığması 2011-ci ildə ilk dəfə bir araya gəlib. Apasport.az saytının məlumatına görə, ABŞ-da keçiriləcək beynəlxalq turnirə hazırlaşan milli komandamız bu məqsədlə İsmayıllıya yollanıb.
10 gün təlim-məşq toplanışı keçəcək taekvondoçularımız daha sonra hazırlıqlarını Koreyada davam etdirəcəklər. Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin sözlərinə görə, ilk təlim-məşq toplanışı seçim xarakteri daşıyacaq: “Biz İsmayıllı Olimpiya Kompleksində hazırlıq zamanı əsasən yoxlama döyüşləri keçirəcəyik. Çünki Azərbaycan çempionatında fərqlənən taekvondoçuları milli komandaya dəvət etmişik. Yığmada rəqabət artıb. İlk hazırlıq zamanı da onlardan daha güclüsünü seçməyi planlaşdırırıq. Bundan sonra qurulacaq komanda ilə Koreyaya yollanacağıq. Asiya ölkəsində də təxminən 10 gün təlim-məşq toplanışı keçəcəyik. Hazırlığı yekunlaşdırdıqdan sonra isə ABŞ-a yola düşəcəyik. Burada ilin ilk yarışından vətənə uğurla dönməyi planlaşdırırıq. Ümumiyyətlə, bu il bizi daha gərgin yarışlar gözləyir. Çünki London Olimpiya Oyunları yaxınlaşır və lisenziya turnirlərinə hazır olmaq lazımdır”.
Qeyd edək ki, təlim-məşq toplanışında yalnız yığmamızın koreyalı legioneri Kvank Suk iştirak etmir. O, komandamıza Koreyada qoşulacaq.

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0