“Baku Fires” heyətini açıqladı
06.01.2011 - 09:51
WSB liqasında mübarizə aparan “Baku Fires” boks klubu növbəti görüşünü yanvarın 8-də Bakıda Qazaxıstanın “Astana Arlans” komandasına qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, artıq hər iki komanda şənbə günü rinqə çıxacaq boksçuların adlarını açıqlayıb. Ən yüngül çəkidə (54 kq) Məhəmməd Abdulhəmidov Bağdad Alimbekovla döyüşəcək. Ramal Amanovun (61 kq) bu dəfəki rəqibi Yerjan Mussafirov olacaq.
Komandamızın özbəkistanlı legioneri Botırjon Mahmudov(73 kq) Pekin Olimpiadasının qalibi Baxıt Sarsekbayevlə üz-üzə gələcək. Ramazan Maqomedov (85 kq) rəqib komandanın qanalı boksçusu Maksvel Amponsahla qarşılaşacaq. Məhəmmədrəsul Məcidov(91+ kq) isə Ruslan Mirsatayevi məğlub etməyə çalışacaq.
Xatırladaq ki, “Baku Fires” artıq bir dəfə “Astana Arlans”ı məğlub edib. Almatıda keçirilmiş görüş komandamızın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı. 4 görüşdən sonra 100 faizli nəticə göstərən “Baku Fires” qrupun vahid lideridir. Qazaxıstan klubu 9 xalla 2-ci yeri tutur.

- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
0
0