“Neftçi” – “Karabükspor” oyunu baş tutmayacaq
10.01.2011 - 22:55
“Neftçi”nin Türkiyənin “Karabükspor” klubu ilə yoxlama oyunu baş tutmayacaq. Bu haqda apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə məlumat verən “Neftçi”nin baş məşqçisi Arif Əsədov Superliqa təmsilçisinin onlarla yenidən yoldaşlıq görüşü keçirmək istəyində olsa da, bunun alınmayacağını bildirib. Bu da komandaların hazırlıq planlarının, oyun qrafiklərinin uyğun gəlməməyi ilə bağlıdır: “Hələ mən yeni ilin günlərində “Qalatasaray”ın bazasında olarkən, “Karabukspor”un bizimlə oynamaq istəyindən xəbərdar oldum. Onlar bizimlə hazırlığımızın ilk mərhələsində görüşmək istəyirlər. Həmin 10 günlük toplanışımız isə daha çox fiziki hazırlığıa hesablanıb və 1 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşuq. Bu da yanvarın 19-da Rusiyanın “Rubin” klubunun əvəzediciləri ilədir. “Karabuskpor”la sonrakı toplanışımızda oynamaq istərdim. Ancaq onlar yanvarın 20-də Antalyadakı hazırlıq prosesini bitirib, buranı tərk edirlər”.
Əsədov yanvarın 13-də futbolçulardan test normativləri götürəcəklərini, bundan 3 gün sonra isə ikitərəfli oyun keçirəcəklərini bildirib.
Qeyd edək ki, Superliqada 5-ci pillədə gedən “Karabükspor” ötən yay Boludakı toplanışda “Neftçi”yə 0:1 hesabı ilə uduzmuşdu.
Mehman SÜLEYMANOV
Əsədov yanvarın 13-də futbolçulardan test normativləri götürəcəklərini, bundan 3 gün sonra isə ikitərəfli oyun keçirəcəklərini bildirib.
Qeyd edək ki, Superliqada 5-ci pillədə gedən “Karabükspor” ötən yay Boludakı toplanışda “Neftçi”yə 0:1 hesabı ilə uduzmuşdu.
Mehman SÜLEYMANOV
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0