“Baku Fires” növbəti döyüşündə 2 debütant
12.01.2011 - 18:39
“Baku Fires” boks klubu yanvarın 15-də Çinin “Beijing Dragons” komandası ilə üz-üzə gələcək. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, görüşün başlamasına 3 gün qalmış hər 2 komanda heyətlərini açıqlayıb.
Səfərdə keçiriləcək döyüşdə “Baku Fires”in şərəfini Nayambayar Tuqsoqot (54 kq), Koba Pxakadze (61 kq), Soltan Migitinov (73 kq), Rizvan Əlimuradov (85 kq) və Beka Lobjanidze (+91) qoruyacaqlar. “Pekin əjdahaları” isə komandamıza qarşı He Zhivei (54 kq), Vanq Zhimin (61 kq), Jiao Xuezhi (73 kq), Assane Faye (85 kq) və Avusone Yekeniyə (+91) şans verəcəklər.
“Baku Fires”in heyətində monqolustanlı Nayambayar Tuqsoqot və Rizvan Əlimuradov WSB liqasında debüt edəcək. Monqolustan boksçusu 2009-cu ildə Milanda keçirilmiş son dünya çempionatının gümüş mükafatçısıdır. Nayambayardan başqa, Koba Pxakadze və Beka Lobjanidze də legioner qismində rinqə çıxacaq. Hər iki boksçu Gürcüstan milli komandasının üzvüdür. Pxakadze dünya çempionatının bürünc mükafatçısıdır. “Beijing Dragons”un heyətində Faye Seneqal, Yekeni isə Qana vətəndaşıdır.
Qeyd edək ki, 5 görüşdən sonra 100 faizlik nəticə göstərən “Baku Fires” qrupun vahid lideridir – 15 xal. Qrupun autsayderi olan Çin klubunun aktivində cəmi 3 xal var.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0