Ağayar Axundzadə: Yığmanın hər bir üzvündən medal gözləyirəm
14.01.2011 - 11:29
“Hazırlığımız yüksək səviyyədə keçib. Cüdoçularımız hamısı təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə deyib.
Sabah Bakıda usta cüdoçular arasında turnir start götürəcək. Yarışda hər çəki üzrə dünyanın 16 ən güclü idmançısı qüvvəsini sınayacaq. Axundzadə bildirib ki, bu mötəbər turnirdə mübarizə aparacaq yığmamızın hər bir üzvünə böyük ümid bəsləyir: “Şağan Olimpiya İdman Mərkəzində məşqlərimizi yekunlaşdırıb, yarışın keçiriləcəyi “Sərhədçi” Olimpiya Mərkəzində hazırlığımızı davam etdiririk. Turnir çox gərgin keçəcək. Yetirmələrimə gəldikdə, onları fərqləndirmək istəmirəm. Çünki lazımı şəkildə təlim-məşq toplanışı keçirildiyindən komandamızın hər 1 üzvü fəxri kürsüdə yer almağa layiqdir. Bunun üçün onların hər birindən medal gözləyirəm”.
Qeyd edək ki, London-2012-yə lisenziya xalı verəcək yarışda yığmamız 10 cüdoçu ilə təmsil olunacaq. 200 min ABŞ dolları mükafat fondu olan turnirin qalibi aktivinə 400 xal yazacaq. 2-ci və 3-cü yerləri tutanlar isə müvafiq olaraq, 240 və 160 xal qazanacaqlar.

- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
0
0