Elnur Məmmədli Avropa çempionuna qarşı
14.01.2011 - 16:16
Sabah Bakıda usta cüdoçular arasında turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına lisenziya xalları verəcək yarışda Azərbaycan idmançılarının rəqibləri müəyyənləşib.
Ağayar Axundzadənin rəhbərlik etdiyi milli komandanın üzvü İlqar Müşkiyev (60 kq) ilk mərhələdə avstriyalı Ludvig Paisçerlə münasibətlərinə aydınlıq gətirəcək. O, rəqibinə qalib gələcəyi halda Pavel Petrikovla (Çexiya) qarşılaşacaq.
Püşk 66 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Tərlan Kərimova Miklos Ungvarini (Macarıstan) qismət edib. Ondan fərqi, digər həmyerlimiz Renat Mirzəliyev (73 kq) mübarizəyə II mərhələdən qoşulacaq. Cüdoçumuz bu mərhələdə Joao Pina (Portuqaliya) və Dex Elmont (Hollandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Olimpiya çempionumuz Elnur Məmmədlinin (81 kq) isə püşkdə bəxti gətirməyib. O, ilk döyüşdəcə son Avropa çempionu Sirajudin Məhəmmədovla (Rusiya) qarşılaşacaq. Reytinq cədvəlində 7-ci olan Elxan Məmmədov (90 kq) da I mərhələdə çətin rəqiblə düşüb. O dünya çempionatının yarımfinalında uduzduğu yaponiyalı Dayki Nişiyamadan qisas almağa çalışacaq.
Ağır çəkili cüdoçularımız - Elmar Qasımov (100 kq) Levan Zorzolianini (Gürcüstan), Emil Tahirov isə Rafael Silvanı (Braziliya) sınağa çəkəcək.
Qadın idmançıların yarışında ölkəmizi təmsil edəcək Şahənə Hüseynova (52 kq) Yuka Nişida (Yaponiya) ilə qarşılaşacaq. Milli komandamızın liderləri Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova ilk cədlərində fransalı idmançılarla qüvvələrini sınayacaqlar. Onlar müvafiq olaraq, Morqane Ribout və Gevrise Emanenin gücünü yoxlayacaqlar.
Qeyd edək ki, hər çəki üzrə dünyanın 16 ən güclü cüdoçusunun iştirakı ilə 2 gün davam edəcək turnirin ilk günündə çəkisi 48, 52, 57, 63 (qadınlar), 60, 66 və 73 kq olan cüdoçular tatamiyə çıxacaq. Yanvarın 16-da isə digər 7 çəki (70, 78, +78 (qadınlar), 81, 90, 100, +100 (kişilər)) üzrə qaliblərin adları müəyyənləşəcək.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0