2011-ci ilə uğurlu başlanğıc
17.01.2011 - 09:48
Bakıda keçirilən cüdo üzrə “World Masters” turnirinin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 2 bürünc medal qazanan Azərbaycan yığması turnirin son günündə daha 2 qızıl medala sahib olub.
Belə ki, komandamızın heyətində Olimpiya çempionu Elnur Məmmədli (81 kq) və dünya çempionatının bürünc mükafatçısı Elxan Məmmədov (90 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
1/8 finalda rusiyalı Sirajuddin Maqomedovu və 1/4 finalda Safuan Attafı (Mərakeş) məğlub edən Məmmədli yarımfinalda Euan Bartona (Böyük Britaniya) qalib gəlib. Cüdoçumuz həlledici görüşdə isə Leandro Quylheyro (Braziliya) üzərində də ipponla qələbə qazanaraq, 2011-ci ilə uğurla başlayıb.
Elxan Məmmədov 1/8 finalda Daiki Nişiyamadan (Yaponiya), 1/4 finalda Varlam Lipartelianidən (Gürcüstan) və yarımfinalda Takaşi Onodan (Yaponiya) güclü olub. Həmyerlimiz finalda isə dünya çempionu İlias İliadisi (Yunanıstan) üzərində ipponla qələbə qazanıb. Fəxri kürsünün ən yüksək pilləsində yer alan Elnur Məmmədli və Elxan Məmmədov qızıl medalla yanaşı, London-2012-yə 400 lisenziya xalı da qazanıblar.
Həmin gün tatamiyə çıxan Elmar Qasımov (100 kq) 1/4 finalda, Emil Tahirov (+100 kq) isə ilk görüşdəcə uduzub. Beləliklə, 2 gün davam edən usta cüdoçular arasında turnirin yekununa əsasən, kişilərdən ibarət Azərbaycan yığması 2 qızıl və 2 bürünc medalla 41 ölkə arasında III olub.
Qeyd edək ki, ilk yarış günündə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) bürünc medal qazanmışdılar.

- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0