Elnur Məmmədli reytinq cədvəlində 24 pillə irəlilədi
18.01.2011 - 17:56
Beynəlxalq Cüdo Federasiyası yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən “World Masters” turnirinin yekunlarına əsasən açıqlanan yeni siyahıda milli komadamızın üzvləri irəliləriblər.
Belə ki, usta cüdoçular arasında qızıl medala sahib olan Elnur Məmmədli (81 kq) lisenziya xalını 608-ə çatdırıb. Olimpiya çempionumuz bununla da öz çəkisində 24 pillə irəliləyərək 12-ci yerə yüksəlib. Onun kimi Bakıda fəxri kürsünün ən yüksək pilləsində yer alan Elxan Məmmədov da 4 pillə yuxarı qalxıb. O, 90 kq çəkili cüdoçuların reytunqində 1072 xalla 3-cü yerdə qərarlaşıb.
“World Masters”in yarımfinal mərhələsində uduzaraq, bürünc medal qazanan İlqar Müşkiyev 234 xalla 33-cü (60 kq), Tərlan Kərimov (66 kq) isə 434 xalla 16-cı pillədədirlər.
Digər cüdoçularımız – Elmar Qasımov (100 kq) 26-cı, Kifayət Qasımova (57 kq) 19-cu və Ramilə Yusubova (63 kq) 23-cü yeri tuturlar. Onlar müvafiq olaraq, 314, 392 və 336 lisenziya xalına malikdirlər.
Qeyd edək ki, 2011-ci ildə heç bir yarışa qatılmayan Elxan Rəcəbli (81 kq) və Mövlüd Mirəliyev (100 kq) son cədvəldəki mövqelərini dəyişməyiblər.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0