Avropa çempionatına seçim başlayır
20.01.2011 - 14:08
Avropa çempionatına seçim başlayır
Ağır atletika üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ölkənin ən güclülərinin adı fevralın 10-14-də baş tutacaq yarışda müəyyənləşəcək.

Milli Aviasiya Akademiyasının idman zalında keçiriləcək çempionatda 8 çəki dərəcəsində 70-dən çox ağır atlet mübarizə aparacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan çempionatı aprelin 8-17-də Kazanda baş tutacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.