Ən güclü şahmatçılar mükafatlandırıldı
01.02.2011 - 17:47
Bu gün kişi və qadınlar arasında şahmat üzrə 2011-ci il Azərbaycan çempionatlarının mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Mərkəzi Bankın inzibati binasında keçirilən tədbirdə qalibləri Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov təbrik edib.
Qurum prezidenti mükafatçıların gərgin keçən mübarizədən sonra müəyyənləşdiyini bildirib. Daha sonra qadınlar arasında ölkə çempionatında ilk “üçlük”də qərarlaşan Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Gülnar Məmmədovaya medal, diplom və pul mükafatları təqdim olunub.
Mükafatlandırma mərasimində kişilər arasında fəxri kürsüyə yüksələn Nicat Məmmədov, Rüfət Bağırov və Qədər Hüseynov da medallarına qovuşublar. Onlara da medallardan əlavə, pul mükafatı və diplomlar da verilib.
Qeyd edək ki, Azərbaycan çempionatında iştirak edən və ilk “3-lükdə” yer almayan şahmatçılara da pul mükafatları verilib.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0