Nicat Məmmədov: Qızlar, təəssüflənməyin
01.02.2011 - 18:04
“Qalib gəldiyim üçün sevinirəm. Bütün şahmatçılarımıza uğurlar arzulayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri şahmat üzrə Azərbaycan çempionu Nicat Məmmədov deyib.
Yenicə başa çatan ölkə çempionatında bütün rəqiblərini qabaqlayan Məmmədov bildirib ki, bu uğuru davam etdirəcək: “Çempionatın xüsusən son turları daha gərgin keçdi. Lakin yekunda qalib mən oldum. Bu qələbələri davam etdirəcəyəm. İnanıram ki, bunun ardı gələcək”.
Məmmədov qadınlar arasında Azərbaycan çempionatının qaliblərini də təbrik etməyi unutmayıb: “Qızların yarışı bizdən tez qurtardı. Mükafata layiq yerlər tutanları təbrik edirəm. Medal qazanmayanlar da təəssüflənməsinlər. Çünki onları qarşıda daha ciddi turnirlər gözləyir”.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0