“Neftçi”nin sabiq futbolçusu cəzalandı
30.03.2011 - 08:42
Estoniya milli komandası Avro-2012-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Tarmo Ruutlinin komandası öz meydanında Serbiya ilə qarşılaşıb. Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlov bu matçın iştirakçıları sırasında olub. Estoniyalı yarımmüdafiəçi 1:1 hesabı ilə başa çatan görüşə start heyətində çıxaraq 90 dəqiqə meydanda olub. Vaxtilə Dmitri ilə birlikdə Bakının “Neftçi” klubunun şərəfini qorumuş Taavi Ryahn bu görüşdə fərqlənənlər sırasında olub. Əvəzolunmadan meydanda olan eston müdafiəçi 90+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0