14 şahmatçımız Avropa çempionatında mübarizəyə başlayır
06.05.2011 - 11:15
Sabah Gürcüstanın paytaxtı Tiflisdə qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 26 ölkənin zəka sahiblərinin qatılacağı yarışda Azərbaycan milli komandası 14 şahmatçı ilə təmsil olunacaq.
11 gün davam edəcək yarışda Zeynəb və Türkan Məmmədyarova bacıları, Nərmin Kazımova, Nərgiz Umudova, Gülnar Məmmədova, Xəyalə İsgəndərova, Səbinə İbrahimova, Xəyalə Abdulla, Nərmin Soyunlu, Nərmin Xələfova, Aysel Məmmədova, Turan Əsgərova, Ülviyyə Fətəliyeva və Səbinə Quliyeva mübarizə aparacaqlar.
Qeyd edək ki, mükafat fondu 110 min avro olan Avropa çempionatına 132 şahmatçı qatılacaq.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
0
0