Milli komandamız 118 ölkə arasında 14-cü oldu
06.05.2011 - 14:13
Milli komandamız 118 ölkə arasında 14-cü oldu
Cənubi Koreyanın Gyonqju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatını başa çatıb. Apasport.az saytının məlumatına görə, 16 çəki üzrə keçirilən yarışda tam heyətlə çıxış edən Azərbaycan milli komandasının qazancı 1 bürünc medal olub.

Ramin Əzizovun (80 kq) yığmamıza qazandırdığı medal isə komanda hesabında taekvondoçularımızın köməyinə çatıb. Belə ki, 118 ölkənin kişilərdən ibarət millisinin qatıldığı dünya çempionatında Ələkbər İmaməliyevin yetirmələri 23 xal toplayıblar ki, bu ya mundialda 14-cü olmağımızla nəticələnib. İlk pillə isə İran idmançılarına qismət olub. Onlar 6 dəfə fəxri kürsüdə (3 qızıl, 1 gümüş və 2 bürünc medal) yer alıblar.

Qadın idmançıların yarışına 83 komanda qatılıb. Yığma üzvlərimizdən fərqlənən olmasa da, komanda 14 xalla 21-ci yeri tutub. İlk yerdə isə Koreya yığması qərarlaşıb. Onlar 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında ümumilikdə 149 ölkədən 1050-dək idmançının iştirak edirdi.