Bundestimdə daha bir zədəli - FOTO
11.05.2011 - 08:51
Bundestimdə daha bir zədəli - FOTO
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının daha bir futbolçusu zədələnib. Apasport.az saytının məlumatına görə, “Bavariya” klubunun yarımmüdafiəçisi Bastian Şvaynştaygerin durumunda problem yaranıb.

Yığma və klubunun aparıcı simalarından olan Bastian bu üzdən komandasının məşqlərini də buraxır. Ayağını əzən Şvaynştaygerin zədəsinin nə dərəcədə ağır olduğu hələ dəqiqləşdirilməyib. Buna görə də onun nə vaxt məşqlərə başlayacağı bilinmir.

Qeyd edək ki, Almaniya yığması iyunun 7-də Bakıda keçiriləcək seçmə oyununda Azərbaycan milli komandasının qonağı olacaq.