Bakıda lisenziya xarakterli yarışın mükafat fondu açıqlandı
11.05.2011 - 16:14
Bakıda lisenziya xarakterli yarışın mükafat fondu açıqlandı
Mayın 12-14-də Bakının Novxanı qəsəbəsində yerləşən Sərhədçi Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə SCİ3*-W kateqoriyalı “Bahar Kuboku” keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu beynəlxalq turnirdə Azərbaycan, Gürcüstan və Polşa çaparları mübarizə aparacaqlar.

Yarışlarda ümumilikdə 8 idmançı və 20 at iştirak edəcək. Ölkəmizi turnirdə milli komandamızın üzvləri Camal Rəhimov və Patrik MakEnti ilə yanaşı, “Sərhədçi” AİK və “Günay” AİK-in idmançıları da təmsil edəcəklər.
3 gün davam edəcək yarışların ilk günü açılış yarışı (maneələrin maksimal hündürlüyü 145 sm), ikinci günü vaxta qarşı yarışlar (maneələrin maksimal hündürlüyü 145 sm), sonuncu gün isə Gran-pri final yarışları təşkil olunacaq (maneələrin maksimal hündürlüyü 140-160 sm). Turnirin ümumi mükafat fondu 156 min dollardır.

Yarışları Türkiyə, İran, və Yunanıstandan dəvət olunmuş hakimlər kollegiyası idarə edəcək. Turnirin nəticələrinə əsasən idmançıların topladığı xallar onların 2012-ci il London Olimpiya Oyunlarına və Dünya Kubokuna vəsiqə əldə etmələrinə böyük təsir göstərəcək.
0