Ağır atletlərimizin yüngül səfəri
16.05.2011 - 09:50
Ağır atletlərimizin yüngül səfəri
Perunun paytaxtı Limada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialda sonuncu atletimiz də milli komandamıza medal qazandıra bilməyib.

85 kq çəki dərəcəsində podiuma çıxan Mirhüseyn Hüseynov 281 kq (127 kq + 154 kq) çəkinin öhdəsindən gəlib ki, bu da 5-ci olması ilə nəticələnib. Maraqlıdır ki, onu bürünc medaldan 7 kq, qızıl medaldan isə 66 kq (!) ayırıb.

Qeyd edək ki, Limaya 3 atletlə yollanan yığmamızın heyətində Allahyar Abışov (50 kq) 9-cu, Tofiq Allahverdiyev (69 kq) 11-ci olmuşdular.