Boks tariximizdə yeni səhifə
16.05.2011 - 12:04
Azərbaycan boks tarixində yeni səhifə açılır. Apasport.az saytının məlumatına görə, az öncə yaradılan qadınlardan ibarət milli komandamız beynəlxalq arenada ilk uğuruna imza atıb.
Belə ki, London-2012 ümidlərimiz Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.
Yığmamızın heyətində Yelena Vıstropova (75 kq) bütün rəqiblərini rinqə çıxmağa peşman edib. O, həlledici görüşdə yerli idmançı Milana Safronovadan 4 zərbə buraxdığı halda, rəqibini nə az, nə çox - 20 dəqiq zərbə ilə cəzalandırıb.
Digər təmsilçimiz Ayzanat Hacıyeva (60 kq) yarımfinala kimi irəliləsə də, finala yüksələ bilməyib və nəticədə bürünc medalla kifayətlənib. Əzizə Abbasova isə (51 kq) mükafatçılar sırasında yer ala bilməyib.
Qeyd edək ki, kişilər və qadınlar arasında keçirilən turnirdə 12 ölkədən 170-ə qədər boksçu qüvvəsini sınayıb. Azərbaycan kişi boksçuların mübarizəsinə qatılmayıb.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0