Milli komandamız sabah Çinə yola düşür
17.05.2011 - 16:26
Milli komandamız sabah Çinə yola düşür
Mayın 21-də Çinin Tyanjin şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-pri yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək bu mötəbər turnirdə Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Çində məşqçi Fikrət Vəliyevin rəhbərliyi altında yığmamız 2 üzvü - Sevil Bünyatova və Səbinə Mikina necə qılınc oynatmalarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, idmançılarımız Asiya ölkəsinə sabah yollanacaqlar.