2 idmançımız Dünya Kuboku ilə vidalaşdı
19.05.2011 - 13:22
Azərbaycan milli komandasının liderləri – İradə Aşumova və Nigar Bağırova ABŞ-ın Fort Benninq şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokunda çıxışlarını yekunlaşdırıblar. Apasport.az saytınının məlumatına görə, snayperlərimizin son çıxışları da qənaətbəxş olmayıb.
Belə ki, 10 metr məsafəyə atəş açmaqda hədəfdən yayınan Aşumova və Bağırova 25 metr məsafəyə atəş açmaqda da mükafatçılar sırasına düşə bilməyiblər. Yığmamızın baş məşqçisi funksiyasını da yerinə yetirən Afina-2004-ün bürünc mükafatçısı 578 xalla 23-cü yeri tutub. Nigar isə çalışdırıcısından 14 xal toplayaraq, 57-ci olub.
Qeyd edək ki, London-2012-yə lisenziya xarakterli Dünya Kubokunda Ruslan Lunyov və Rəsul Məmmədov çıxışlarını davam etdirirlər.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0