Sardinya adasında İtaliya – Azərbaycan görüşü
01.06.2011 - 15:01
İtaliyanın Sardinya adasında yerləşən Stintino kurort şəhərində 3 ölkənin boksçularının iştirakı ilə komanda döyüşləri təşkil olunacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, artıq bir müddətdir ki, milli komandamızın üzvləri də bu şəhərdə təlim-məşq toplanışı keçirlər.
Yığmamız iyunun 3-də Rusiya komandası ilə, bundan bir gün sonra isə İtaliya boksçuları ilə üz-üzə gələcək. Yarışın ilk günündə - iyunun 2-də İtaliya və Rusiya milliləri görüşəcəklər. Rusiyanı bu yarışda Sankt-Peterburq idmançıları təmsil edəcək. İtaliya millisi isə Türkiyədə keçiriləcək Avropa çempionatına hazırlaşdığından əsas heyətlə mübarizə aparacaq.
Yarışa fəxri qonaqlar kimi AİBA-nın baş katibi Xo Kim, Avropa Boks Federasiyasının prezidenti Umberto Furqoni və İtaliya Boks Federasiyasının prezidenti Franko Farçinelli də dəvət olunub.
Qeyd edək ki, milli komandamızın “1 nömrələr”i hazırda Moskvaətrafında yerləşən Çexov şəhərində Rusiya millisi ilə birgə hazırlıq keçir.

- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0