Ramil Quliyev: Orada müxtəlif əyləncələr var - MÜSAHİBƏ
01.06.2011 - 17:00
Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə vətəndaşı kimi ikinci yarışda iştirak edib. Apasport.az saytının məlumatına görə, onun Ukrayna kubokunda iştirakı yerli mətbuatın da diqqətindən kənarda qalmayıb. Yığmamızın sabiq üzvü müsahibəsində vətəndaşlığını dəyişməkdən tutmuş, keçmişi və gələcəyi ilə bağlı məsələlərdən danışıb.
- Nəticələriniz daha yüksək olduqca, sürətli ağ adam və fransalı Kristof Lemetrlə müqayisələriniz çoxalır. Buna münasibətiniz necədir?
- Buna fikir vermirəm. Qarşımda nəticələrə aid müəyyən məqsədlər qoyulub. Onlara nail olmaq istəyirəm. Dərinin rəngi, yaxud kiminləsə müqayisə məni bir o qədər də narahat etmir.
- Deyə bilərsinizmi qarşınızda hansı məqsədlər qoyulub?
- Hələlik heç nə demək istəmirəm. Bir azdan Türkiyədə kommersiya tipli yarış keçiriləcək. Məndə olan məlumata görə, orada keçən il olduğu kimi, böyük britaniyalı Dueyn Çembers də mübarizə aparacaq. Daha bir neçə yaxşı sprinterlər olacaq. Yarış maraqlı keçəcək.
- Vətəndaşlığı dəyişməyinizə nə səbəb oldu? Ukraynalı idmançılar, xüsusilə də avarçəkənlər, güləşçilər Azərbaycan gedirlər...
- Problemlərim var idi.
- Türkiyədə yenə də “Fənətbaxça”da çıxış edirsiniz?
- Bəli. Bu klub ölkədə ən güclülərdən biridir. Onlar yaxşı şərait yaradıb. Öhdəmizə yalnız iştirak edib, yüksək nəticələr qazanmaq düşür.
- Yeni məşqçi ilə əməkdaşlığa başladıqdan sonra məşqlərində hansı dəyişikliklər var?
- Yeni yerlər, yeni məşqçi, yeni həyat... Sıfırdan başlamaq çox çətindir və buna öyrəşmək lazımdır. Bura yeni məşqlər də əlavə olunur. Mənə elə gəlir ki, əvvəlcə bütün bunlara alışmaq lazımdır. Sonra isə nəticələr gələcək.
- İndiki şəraitdən razısınızmı?
- Bizim bazada şərait yaxşıdır. Stadion və mehmanxana yaxındadır. İstədiyin yeməkləri sifariş etmək olar. Burada hovuz da var. Bəlkə də şərait super deyil, amma yaxşıdır. Necə çıxış etdiyimizi görürsünüz. Bu, hazırlığımızı göstərir.
- Ötən mövsüm sizin üçün bir o qədər də uğurlu olmayıb. Zədəyə görə çox yarışları buraxmalı oldunuz?
- Birinci yarışda budumun arxa hissəsini zədələdim. Bu sprinter üçün adi zədədir. Lakin ondan sona bərpa olunmaq çox çətindir. Yalnız mövsümün ortasında bərpa oluna bildim. Sona yaxın isə 100 m məsafəni 10,23 saniyəyə qaçdım və yeni səviyyəyə yüksəldim. Baxaq görək, bu il necə alınacaq.
- Sizin Ukrayna kubokunda çıxışınız yaxşı təsir bağışladı...
- Hər şey plan üzrə gedir. Mən heç vaxt demirəm ki, razıyam, yoxsa yox. Plan var, qarşıma məqsəd qoyulub və ona addım-addım yaxınlaşmaq lazımdır.
- Sizin üçün 100 və ya 200 m məsafəyə qaçmaq daha rahatdır?
- 200 m məsafəyə qaçmaq daha rahatdır. Bu məsafədə mən özümü daha inamlı hiss edirəm. Necə qaçmaq lazım olduğunu, bütün xırda nüansları çox yaxşı bilirəm. Onlar isə həddən artıq çoxdur. Mənim göstəricilərim də daha çox uyğundur. 100 m məsafəyə qaçmaq bir qədər çətindir.
- Siz Ukrayna Kubokunun I mərhələsində 200 m məsafəyə qaçışda qalib gəldiniz. Lakin finalda iştirak etmədiniz...
- Vəziyyətim heç də yaxşı deyildi. Fikirləşirdim ki, hər şey normal olsa, səhər qaçacağam. Lakin hər şey heç də ən yüksək səviyyədə alınmasa da, yaxşı, plan üzrə oldu. Axşam qaçmağın mənası yox idi. Qarşıda hələ çox yarışlar var. Burada əsas yarış 100 m məsafəyə qaçışın finalı idi. Hər şey lazım olduğu kimi alındı.
- Türkiyədə idmandan kənarda sizi nə cəlb edir? Vaxt olanda, harada istirahət edirsiniz?
- Ağır məşqlərdən sonra adam heç yerə getmək istəmir. Yalnız yatıb yorğunluğu çıxarmaq, növbəti günə hazırlaşmaq haqqında fikirləşirsən. Hər bir məşqdə müəyyən məqsədlər qoyulur və onları yerinə yetirmək lazımdır. Gəzintiyə çıxmaq haqqında fikirləşmirsən. İstirahət günü olduqda dincəlirəm. Baxımlı yerlər çoxdur. Dəniz kənarına, ticarət mərkəzlərinə getmək olar. Orada müxtəlif əyləncələr var. Lakin konkret olaraq, heç yerə getmirəm.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0