“Quliyevlə əsasən məşq edir, dincəlirik və yatırıq”
01.06.2011 - 18:02
“Ramil Quliyevlə yarışda tanış olduq. Sonradan hər start zamanı görüşürdük. Beləliklə, münasibətlərimiz daha da yaxınlaşdı”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı legioner Yuliya Baraley deyib.
400 metr məsafəyə qaçışda Ukraynanın əsas ümidlərindən biri olan Baraley ölkəsində verdiyi açıqlamasında Azərbaycan milli komandasının sabiq atleti ilə tanışlığına münasibət bildirib. Quliyevlə nişanlı olan idmançı Türkiyədə həmyerlimizlə günlərini necə keçirməsinə də toxunub: “Bir neçə ay Ramillə birlikdə Azərbaycanda məşq edirdim. Sonra hər ikimiz Türkiyəyə köçdük. Mən artıq yarım ildir buradayam. Biz əsasən məşq edirik, dincəlirik və yatırıq. Həftənin şənbə və bazar günləri bəzən İstanbulun mərkəzinə istirahətə çıxırıq”.
Qeyd edək ki, Ramillə həmyaşıd olan Yuliya Avropanın ən perspektivli atletlərindən hesab olunur.

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0