Kazbek Geteriyev: Azərbaycandakılar nə istəyirlərsə, fikirləşsinlər
01.06.2011 - 23:11
Kazbek Geteriyev: Azərbaycandakılar nə istəyirlərsə, fikirləşsinlər
“Azərbaycan yığması ilə oyun öncəsi milli komandamızda ah-hava yaxşıdır. An-hava hər görüşdən əvvəl olduğu kimidir və oyuna hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstan millisinin futbolçusu Kazbek Geteriyev deyib.

Sabah Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə Astanadakı görüşə hazırlaşan yarımmüdafiəçi heç bir psixoloji təzyiqdə olmadıqlarını bildirib: “Qoy, Azərbaycandakılar nə istəyirlərsə fikirləşsinlər. Artıq qələbə qazanmaq vaxtımızdır. Yığmamızın bütün azarkeşlərini, qazaxıstanları qələbə ilə sevindirməyə səy göstərəcəyik”.

Yığmamızda oynamaqla bağlı heç vaxt dəvət almadığını deyən Kazbek iyunun 3-də start heyətində meydana çıxacağına çox ümidlidir: “Hər bir futbolçu üçün yığmada oynamaq şərəflidir. Ancaq Azərbaycanla görüşdə kimin start heyətində meydana çıxacağı hələ bilinmir. Çünki baş məşqimiz Miroslav Beranek hələ onu açıqlamayıb. Əlbəttə, ilk dəqiqələrdən meydana çıxmaq istəyirəm. Komandamıza maksimum kömək etməyə çalışacağam”.

Geteriyev oyunun süni qazonda keçirilməsini özləri üçün üstünlük sayır: “Əlbəttə, bu, belədir. Ola bilsin ki, bu, elə də böyük üstünlük deyil. Ancaq biz öz meydanımızda oynamağımızdan istifadə etməliyik. Mən bildiyimə görə, Azərbaycan yığması təbii ot örtüyündə məşq edib, oynayır”.

Kazbek yığmamızın üstünlüklərindən danışıb: “Mən onun 2 oyununa baxmışam. Onu deyə bilərəm ki, sürətli komandadır. Futbolçuları topla yaxşı davranırlar. Biz onlar əsas oyuna köklənməyimizi qoya bilərik. Komandamız xal, qələbə üçün acdır. Biz oyuna həm psixoloji, həm də fiziki cəhətdən hazırıq. Yaxşı futbol göstərib, qələbə qazanmağa çalışacağıq. İndidən nəsə demək çətindir, hər şeyi oyun göstərəcək. Temp bizdən, oyuna necə başlamağımızdan asılı olacaq”.

Geteriyev cari seçmə mərhələdə nə qol vurmalarının, nə qalib gəlmələrinin komandaya təsir etmədiyini düşünür: “Biz hər oyunda döyüşürük, çalışırıq. Ancaq hardasa bəxtimiz gətirmədi, hardasa ustalıq səviyyəsi çatmadı. Ancaq fikrimcə, Azərbaycan yığması ilə oyun bizim üçün dönüş nöqtəsi olmalıdır. Qələbə gücümüzü artıracaq və Qazaxıstanda bədbin köklənənləri yığmamıza başqa cür baxmağa məcbur edəcək”.

Qeyd edək ki, Rusiyanın I divizion təmsilçisi “Jemçujina-Soçi” klubunda oynayan Kazbek Qazaxıstan yığmasının millimizlə oyun çağırdığı azsaylı legionerlərdəndir.