Qazaxıstanla oyunda yazdığımız tarix
03.06.2011 - 08:21
Qazaxıstanla oyunda yazdığımız tarix
Avro-2012-nin seçmə mərhələsində bugünkü rəqibimiz olan Qazaxıstan yığması Azərbaycan milli komandasının 19 illik tarixinə qızıl hərflərlə düşüb. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün tarixində 174-cü oyuna çıxacaq milli komandamız ilk səfər qələbəsini məhz qazaxlar üzərində qazanıb. Bu, 2004-cü ilin aprelin 28-də ölkənin əvvəlki paytaxtı olan Almatıdakı yoldaşlıq görüşündə baş verib. Bu, həm də braziliyalı dünya çempionu, millimizin ilk əcnəbi baş məşqçisi olan Karlos Alberto Torresin bu postda ilk qələbəsi kimi tarixə düşdü. Tarixi qələbəyə Nadir Nəbiyev, Emin Quliyev və Rəşad Sadıqov vurduqları qollarla öz töhvələrini vermişdilər. Nadirlə Emin nəinki uzun müddətdir millidən kənarda qalıblar, ümumiyyətlə, xeyli vaxtdrı futbol oynamırlar. Qələbə topunun müəllifi olan Rəşad isə artıq 4 ildir millimizin kapitanıdır və yığmamızın heyətində 7 il əvvəlki oyundan qalan yeganə futbolçudur.

Millimizin 2-ci əcnəbi çalışdırıcısı olan Qyoko Hacıyevski də Qazaxısatnla qeyri-rəsmi oyunda görüşüb. Ancaq fərq ondadır ki, onda komandalar neytral meydanda, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında üzləşmişdilər. Özü də makedoniyalı mütəxəssis qısa müddətdə rəhbərlik etdiyi millimizlə məhz qazaxlarla görüşdən sonar vidalaşmışdı. Onu az sonra əvəzləyən 3-cü əcnəbi baş məşqçimiz almaniyalı Berti Foqts da Qazaxısatnla görüşmək nəsib olur. Ancaq fərq artıq bu oyunun yoldaşlıq görüşü yox, rəsmi oyun olmasıdır və bu dəfə Almatı yox, yeni paytaxt Astanada ilk dəfə meydana çıxmağımızdır. Foqtsun ilk dəfə Qazaxıstanda olduğunu da qeyd etməliyik.

Qeyd edək ki, milli komandamız tarixində 7-ci dəfə Qazaxıstanla görüşəcək. Düzdür, ilk oyunumuzda, İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə bu ölkənin 21 yaşlılardan ibarət yığması millimizə rəqib olub. Arxada qalan oyunlar daha çox bərabərliklə nəticələnib – 4 dəfə. Qalan 2 görüşdə isə komandaların hərəyə bir qələbəsi var. Topların fərqi bərabərdir - 8:8.

Azərbaycan və Qazaxıstan yığmalarının görüşləri

1993-cü il
8 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qazaxıstan (U-21) 3:3
Baş məşqçi: Ələkbər Məmmədov

2004-cü il
28 aprel. Almatı. Yoldaşlıq görüşü. Qazaxıstan – Azərbaycan 2:3
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

2006-cı il
6 sentyabr. Bakı. Avro-2008-nin seçmə mərhələ oyunu. Azərbaycan – Qazaxıstan 1:1
Baş məşqmi: Şahin Diniyev

2007-ci il
9 mart. Çimkənd. Beynəlxalq turnir. Qazaxıstan – Azərbaycan 1:0
Baş məşqçi: Şahin Diniyev

6 iyun. Almatı. Avro-2008-nin seçmə mərhələ oyunu. Qazaxıstan – Azərbaycan 1:1
Baş məşqçi: Şahin Diniyev

2009-cul
3 fevral. Antalya. Yoldaşlıq görüşü. Azərbaycan – Qazaxıstan 0:0
Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)

Mehman SÜLEYMANOV, Astana