Çertoqanov, Nadirov və Cavadovu qazaxlarla nə birləşdirir?
03.06.2011 - 09:26
Azərbaycan milli komandasının futbolçusu Aleksandr Çertoqanov üçün Avro-2012-nin seçmə mərhələsində bugünkü rəqibimiz Qazaxıstan yığması çox yaxşı tanışdır. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, 31 yaşlı milliləşdirilən ukraynalı yarımmüdafiəçi millimizin hazırkı heyətində qazaxlarla hər 2 rəsmi oyunu əvəzedilmədən keçirən yeganə futbolçumuzdur. 1:1 hesablı bərabərliklə nəticələnən matçlarda 90 dəqiqə meydanda olan Çertoanov yenə oynamaq imkanına malikdir. Fərq ondadır ki, həmin vaxtlar Aleksandr “Neftçi”nin, indi “İnter”in futbolçusu kimi meydana çıxacaq. Digər milliləşdirilən yarımmüdafiəçisi Andre Ladaqa isə Qazaxıstana ilk rəsmi qolumuzu vuran futbolçumuzdur. Uzun müddət ölkəmizdə oynayan 36 yaşlı braziliyalı artıq xeyli vaxtdır Azərbaycanda, millimizdə çıxışını bitirib.
Həmin rəsmi oyunlardan indi millimizin heyətində olan qapıçı Fərhad Vəliyev, hücumçular Vaqif Cavadovla Vüqar Nadirovdur. Fərhadla Vaqif Bakıdakı oyunda 90 dəqiqə meydanda olublar. Vüqar isə Almatıdakı görüşdə əsas heyətdə meydana çıxaraq, 84-cü dəqiqədə əvəzlənsə də, öz sözünü deyə bilmişdi. Belə ki, Nadirov 31-ci dəqiqədə həm oyunda, həm də millimizdə qol hesabını açmışdı. Həmin vaxt 20 yaşı olan Vüqar millimizin rəsmi oyunlarda ən gənc qol vuran futbolçusu kimi tarixə düşmüşdü. Cavadov üçünsə Qazaxıstanla oyun millimizdə debütünü məhz yığma ilə görüşdə etməsi baxımından əlamətdardır.
Maraqlıdır ki, millimizin liderləri olan qapıçı Kamran Ağayevlə kapitan Rəşad Sadıqov ilk dəfə Qazaxıstanla rəsmi oyunda iştirak edəcəklər. Kamran ümumiyyətlə, ilk dəfə qazaxlara qarşı oynayacaq. Sadıqov Ağayevdən fərqli hələ Berti Foqtsa qədər millimizə cəlb olunsa, indiki rəqibimizə qarşı yoldaşlıq görüşündə oynayıb, ona qol da vurub. Sadəcə, Rəşad Qazaxıstanla Avro-2008-nin seçmə mərhələsi oyunlar zamanı o vaxtkı baş məşqçimiz Şahin Diniyev tərəfindən yığmamızdan kənarlaşdırılmışdı.
Yeri gəlmişkən, Diniyev Qazaxıstanla ən çox görüşən millimizin baş məşqçisidir – 3 dəfə. Rəqibin həmin oyunlarda çalışdırıcısı olan Arno Paypers də artıq postunda deyil. Yəni Azərbaycanla Qazaxıstan yığmalarının heyətləri ilə yanaşı, baş məşqçiləri də dəyişib. Millimizi bu gün Foqts, rəqibi çexiyalı Miroslav Beranek meydana çıxaracaq. Qazaxıstan yığmasının indiki heyətində hər 2 rəsmi oyunda 90 dəqiqə meydana olan yeganə futbolçusu təcrübəli müdafiəçi, vitse-kapitan Samat Smakovdur.
Mehman SÜLEYMANOV, Astana

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0