Qazaxıstanlıların gücü elə “Neftçi”yə çatır
03.06.2011 - 09:49
Qazaxıstanlıların gücü elə “Neftçi”yə çatır
Avro-2012-nin seçmə mərhələsində bu gün keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu ərəfəsində asiyalı rəqiblərimiz uzaq keçmişlə öyünürlər. Apasport.az saytının məlumatına görə, asiyalılar iki ölkə təmsilçilərinin tarix boyu futbol meydanlarındakı qarşılaşmaları ilə bağlı xüsusi yazı hazırlayıblar.

SSRİ dövründə iki respublika təmsilçilərinin qarşılaşmalarını da nəzərə alsaq, indiyədək baş tutan 70 matçda qazaxıstanlılar 31, bizimkilər isə 25 dəfə qalib gəlib.

14 dəfə heç-heçə edən tərəflərin qol sayında 3 top fərqi var - 84:81 hesabı ilə yenə qazaxların xeyrinədir.

6 dəfə çox uduzmağımızın əsas səbəbkarı isə “Neftçi”dir. “Ağ-qaralar” bu fərqin 2/3-nin, yəni 4 artıq məğlubiyyətin səbəbkarıdır.

SSRİ çempionatı, güclülər dəstəsi — “Kayrat” — “Neftçi” 40 +20=4–16 48–48
SSRİ çempionatı, birinci dəstə — “Kayrat” — “Neftçi” 18 +6=7–5 22–20
SSRİ kuboku — “Kayrat” — “Neftçi” 3 +0=1–2 3–5
Müstəqillik illəri – Qazaxıstan – Azərbaycan – 9 +5=2-2 11-8

28.04.2004 Almatı Qazaxıstan – Azərbaycan 2:3 Yoldaşlıq oyunu
17.01.2006 Moskva “Aktobe” – “Neftçi” 1:0 “Birlik kuboku”
06.09.2006 Bakı Azərbaycan - Qazaxıstan 1:1 Avro-2008-in seçmə oyunu
09.03.2007 Şimkent Qazaxıstan – Azərbaycan 1:0 beynəlxalq turnir
06.06.2007 Almatı Qazaxıstan – Azərbaycan 1:1 Avro-2008-in seçmə oyunu
22.01.2008 Sankt-Peterburq “Aktobe” – “Xəzər Lənkəran” 1:0 Birlik kuboku
23.01.2009 Moskva “Aktobe” – “İnter” 1:0 “Birlik kuboku”
31.10.2009 Bakı Qazaxıstan (U-17) – Azərbaycan (U-17) 1:3 Avro-2010-un seçmə mərhələsi (U-17)
19.01.2010 Moskva “Aktobe” – “Bakı” 2:0 “Birlik kuboku”