Azərbaycan – İtaliya – 1:7
06.06.2011 - 14:38
Azərbaycan – İtaliya – 1:7
İtaliyanın Stintino şəhərində təlim-məşq toplanışında olan boks üzrə milli komandamızın ikinci heyəti İtaliya yığması ilə qarşılaşıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilk görüşdə Rusiyanın Sankt-Peterburq şəhərinin komandasını 6:2 hesabı ilə məğlub etmiş boksçularımız meydan sahiblərinə ciddi müqavimət göstərə bilməyiblər.

Belə ki, 8 döyüşün yeddisində italyanlar qalib gəlib. Komandamızdan yalnız 17 yaşlı Tural Əhmədov (49 kq) öz görüşünü qələbə ilə başa vurub. Həmyerlimiz Aleks Ferramoskanı 17:9 hesabı ilə məğlub edib. Təssüff ki, bundan sonra rinqə çıxan boksçularımız italiyalı rəqiblərinə uduzublar. İtaliya komandasının heyətində Olimpiya və dünya çempionu Roberto Kammarelle (91+kq), dünya çempionu Domeniko Valentino (60 kq), və Olimpiya oyunlarının bürünc mükafatçısı Vinçenzo Pikardi (52 kq) kimi güclü idmançılar olub.

49 kq
Aleks Ferramoska (İtaliya) - Tural Əhmədov (Azərbaycan) - 9:17

52 kq
Vinçenzo Pikardi (İtaliya) - Məhəmməd Abdulhəmidov (Azərbaycan) - 17:7

60 kq
Domeniko Valentino (İtaliya) - İmil İksanov (Azərbaycan) - 15:12

64 kq
Vinçenzo Mangiakapre (İtaliya) - İsmət Eynullayev (Azərbaycan) - 17:4

69 kq
Danilo Kreati (İtaliya) - Emil Məhərrəmov (Azərbaycan) - 14:7

75 kq
Luka Kapuano (İtaliya) - Emil Əhmədov (Azərbaycan) - 13:8

81 kq
Simone Fiore (İtaliya) - Vətən Hüseynli (Azərbaycan) - 14:5

+91 kq
Roberto Kammarelle (İtaliya) - Asim İsgəndərov (Azərbaycan) - 20:2

Qeyd edək ki, İtaliya toplanışında milli komandamızın “2-ci nömrələr”i iştirak edirdilər.