Ramil Quliyevi milli komandamıza qaytarırlar!
08.06.2011 - 23:05
“Biz Ramil Quliyevin Türkiyə yığmasında rəsmi iştirakına kimi yenidən milli komandamızda çıxışına ümid edirik və buna görə şad olarıq. Artıq bu yöndə müəyyən addımlar atılıb”. Bu sözləri apasport.az saytına açıqlamasında atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Məhərrəm Sultanzadə deyib.
Azərbaycan Atletika Federasiyanın Türkiyə vətəndaşlığını qəbul edən Quliyev üçün hər cür şərait yaratmağa hazır olduğunu bildirən Sultanzadənin sözlərinə görə, məsələ rəhbərlik səviyyədə həll edilir: “Federasiyamızın prezidenti Çingiz Hüseynzadə Ramillin şəxsi məşqçisi Oleq Muxinlə əlaqə saxlayıb. Ona Quliyevin yenidən komandamıza qayıtması, 3 il ərzində Azərbaycan adından çıxış etmək təklif olunub. Lakin Muxin yekun söz deməyib. O bildirib ki, Quliyevlə danışıb son qərarı 2 ayadək verəcəklər. Artıq bu müddətin başa çatmasına 15 gün qalıb. Ümid edirik ki, Ramil gələcək. Çingiz müəllim, həmçinin Quliyev üçün lazımı şərait yaradılacağını da vurğulayıb”.
Sultanzadə atletlərimizin London-2012-yə lisenziya normativlərinə yaxınlaşdıqlarını da bildirib. Çalışdırıcı deyib ki, az öncə İstanbulda keçirilən beynəlxalq turnirdə də milli komandamız bunu sübut edib: “Bu yarışda idmançılarımız 3 medal qazanıblar. Yeniyetmələrin mübarizəsində Teymur Əsədov (3 təkanla tullanma) II olub. Elman Heybətov 100 m məsafəyə qaçışda finala yüksəlib və turniri 6-cı yerdə başa vurub. Böyüklərin yarışında isə Layeş Abdullayeva və Xayle İbrahimov 2000 m məsafəyə qaçışda finiş xəttinə birinci çatıblar. İnanıram ki, növbəti yarışlarda normativləri yerinə yetirəcəyik”.
Qeyd edək ki, atletikada müəyyən olunmuş normativləri yerinə yetirən idmançılar Olimpiadada iştirak hüququna yiyələnirlər.

- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0