“Bu komandaya inanıram”
19.06.2011 - 11:40
Boks üzrə Türkiyə milli komandası Avropa çempionatında uğurla çıxış edərsə, həmyerlimiz Telman İsmayılova məxsus 7 ulduzlu “Mardan Palace” otelində dincələcəklər. Apasport.az saytının məlumatına görə, yığmanın düşərgəsinə gələn Türkiyə Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü Mustafa Koçinoğlu qızıl medal qazanan idmançıları şəxsi hesabına Antalyaya aparacağını deyib.
Koçinoğlu yerli azarkeşləri boksçulara dəstək olmağa çağırıb: “Mən bu komandaya inanıram. Millimiz üçün azarkeş dəstəyinin böyük önəmi var. Paytaxt sakinləri bizi tək buraxmasınlar”.
Koçinoğlunun istəyinə baxmayaraq, Ankara idmansevərlərinin Avropa çempionatına marağı çox azdır. Ankara Spor Salonunun tribunalarının əksəriyyəti demək olar ki, boş olur.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0