Dünya çempionatında 4 qızıl və 2 bürünc medal
20.06.2011 - 09:12
Almaniyanın Frankfurt şəhərində keçirilən usta cüdoçular arasında Dünya çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa 18 idmançı ilə yollanan Azərbaycan milli komandası vətənə 6 medalla qayıdıb.
Almaniyada ölkəmizin idman şərəfini qoruyan veteran cüdoçularımızdan Vüqar Budaqov (66 kq), Rəsul Səlimov, Fərhad Rəcəbli (hər ikisi 90 kq, müxtəlif yaş qruplarında) və Azər Əsgərov (100 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məhəmməd Müslümzadə (+100 kq) və Samir Fətəliyev (73 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, 49 ölkənin mübarizə apardığı mundialda yığmamız komanda hesabında 7-ci yeri tutub.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0