Münhendə uğursuz start
20.06.2011 - 12:08
Münhendə uğursuz start
Almaniyanın Münhen şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında ilk günün qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvlərindən London-2012-yə lisenziya xarakterli turnirdə öncə hədəf önünə İradə Aşumova və Nigar Bağırova çıxıblar.

Təəssüf ki, snayperləriniz bu dəfə də ilkin mərhələdəcə mübarizəni dayandırıblar. 25 metr məsafəyə atəş açmaqda Aşumova 34-cü, Bağırova isə 98-ci yeri tutub.

Qeyd edək ki, Almaniyada yığmamızın heyətində İradə Aşumova və Nigar Bağırova ilə yanaşı, Ruslan Lunyov və Şükürağa Eyvazov da yer alıblar.