“Azərbaycan yığmasının baş məşqçisinin istefası gizli saxlanılır”
20.06.2011 - 13:46
Ağır atletika üzrə Azərbaycan milli komandasında dəyişiklik baş verib. Apasport.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Yanko Rusev postundan uzaqlaşdırılsa da, Ağır Atletika Federasiyası hələlik bunu gizli saxlayır.
Bolqar həmkarlarımızın yazdıqlarına görə, Rusev istefa verməyə məcbur olub. Onu bu postda isə digər həmyerlisi – bolqarıstanlı Zlatan Vanev əvəzləyəcək. Baş məşqçi kimi Nizami Paşayevin adı hallansa da, çox güman ki, dünya çempionumuz hələ gənclərlə çalışacaq.
Qeyd edək ki, Vanev milli komandamızın heyətinə cəlb edilən Valentin Xristovun şəxsi məşqçisidir və müqaviləyə əsasən o, öz yetirməsi ilə Azərbaycanda işləyir.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0