Boksçularımız Avropa birinciliyində mübarizəyə başladılar
28.06.2011 - 16:19
Macarıstanın Kestxey şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi start götürüb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamız yarışda baş məşqçi Rasim Məmmədov və məşqçi Rauf Aydınovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunur.
Yarışın ilk günündə mübarizəyə qoşulan həmyerlilərimizdən yalnız Natiq Kazımov (48 kq) uduzaraq, mübarizəni dayandırıb. Digər boksçularımız isə ilk döyüşlərini qələbə ilə başa vurublar.
Qeyd edək ki, Avropa birinciliyində Kazımovdan başqa, Araz Gülməmmədov (46 kq), Orxan Əliyev (50 kq), Nəsrəddin Məmmədov (52 kq), İman Əhmədli (54 kq), Nurlan Nağıyev (57 kq), Telman Qafarlı (60 kq), Əli Həsənov (63 kq), Nəbi Bağırov (66 kq), Orxan Mayıllı (70 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) mübarizə aparır.
İdmançılarımızdan Rahil Məmmədli ilk görüşdə Macarıstan nümayəndəsi Tamaş Varadini 10:2 hesabı ilə üstələyib. İyulun 2-də başa çatacaq Avropa birinciliyində ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0