Dünya çempionu Rəsul Mirzəyev tələbəni öldürdü
19.08.2011 - 11:04
Əlbəyaxa döyüş üzrə üçqat dünya çempionu Rəsul Mirzəyev qatilə çevrilib. Apasport.az saytının məlumatına görə, təcrübəli rusiyalı idmançı 19 yaşlı rəqibi İvan Aqafonovu nokauta salıb.
Bundan sonra 4 gün ayılmayan tələbə xəstəxanada dünyasını dəyişib. Hadisə Moskvanın mərkəzində baş verib. Şahidlərin sözlərinə görə, Aqafonov dostları ilə birgə “Qaraj” gecə klubuna gəlib və həmin axşam Mirzəyev də orada istirahət edirmiş. Burada İvanın qıza sataşması isə ona baha başa gəlib.
Rəsul sol əli ilə gəncin almacıq sümüyünə güclü zərbə vurub. Bunun nəticəsində 1 metr “uçan” Aqafonovun daha sonra başa yerə dəyib. İvanı 15 dəqiqə yırğalamaqla özünə gətirməyə çalışıblar. O, əvvəl özünə gəlsə də, sonradan sayıqlamağa başlayıb.
Xəstəxanaya gətirilən İvanı müayinə edən həkimlər öncə onda ciddi xəsarət tapmayıblar. Ancaq bundan 3 saat sonra məlum olub ki, Aqafonovun beyni dağılıb və komaya düşərək bir daha ayılmayıb.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0