Ya uzun saç, ya qızıl medal
04.09.2011 - 13:36
İtaliyada keçirilən atletika üzrə dünya çempionatında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, uzunluğa tullanma yarışlarında iştirak edən belaruslu Anastasiya Mironçik-İvanova saçlarının qurbanı olub. Belə ki, onun uzun hörüyü qızıl medal bahasına başa gəlib.
6,74 metr məsafəyə tullanan belaruslu bu nəticə ilə yalnız 4-cü olaraq mükafatçılar sırasından kənar qalıb. Lakin video təkrarlar vasitəsilə aşkar olunub ki, Mironçik 3-cü cəhddə 6,90 metrə “uçub”. Lakin hörüyünün arxadan quma toxunması onu xeyli geri salıb. Çünki idmançının son toxunduğu nöqtə məhz saçlarının iz qoyduğu yer olub. Dünya çempionu isə 6,82 nəticəyə imza atıb. Belaruslu isə hörüyünə görə həm qızıl medal, həm də 60 min dollar mükafatdan məhrum olub.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0