Azad Rəhimov: Sözsüz ki, Fərid Mansurovun təcrübəsi yoxdur - MÜSAHİBƏ
01.10.2011 - 23:08
Dünən “Park İNN” otelində MDB və Baltikyanı dövlətlərin alpinizm federasiyaları rəhbərlərinin III Sammitinin rəsmi açılışı olub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Toplantıdan öncə nazir apasport.az saytının əməkdaşının suallarını cavablandırıb:
- Tədbir barəsində nə deyə bilərsiniz?
- Alpinizm idman növü son illər Azərbaycanda inkişaf edir. Bu yöndə bizdə 2 federasiya fəaliyyət göstərir. Təmsilçilərimiz mütəmadi olaraq beynəlxalq konfranslara, toplantılara və beynəlxalq yürüşlərə qatılırlar. Bu səbəbdən də MDB və Baltikyanı dövlətlərin alpinizm federasiyaları rəhbərlərinin III Sammitinin Azərbaycanda keçirilməsi anlaşılandır.
Düşünürük ki, bu idman növü ölkəmizdə tərəqqi yolundadır. Azərbaycan səfalı bir məmləkətdir. Gözəl təbiətimiz, maraq doğuran dağlarımız var. Ümumən, bizdə bu idman növü ilə məşğul olmağa yaxşı şərait mövcuddur.
- Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Fərid Mansurovun istefasına münasibətiniz necədir?
- Bildiyimə görə, onun istefasını federasiya rəhbərliyi hələ qəbul etməyib. Fikrimcə, bu məsələ müzakirə olunmalıdır. Fərid Mansurov gənc məşqçidir. Sözsüz ki, onun təcrübəsi yoxdur. Onun tərəfindən belə qəti yanaşma düzgün deyil.
- İndiki şəraitdə onun yerinə kimi görürsünüz?
- Bizim Elçin Cəfərov kimi güclü məşqçimiz var. Əgər Fəridin istefası qəbul olunsa, onun işini Elçin müəllim davam etdirə bilər.
- Bakı Olimpiada-2020-yə öz namizədliyi irəli sürüb. Təqdimata hazırlıqla bağlı hansı işlər görülür?
- Bir müddətdir ki, təşkilat komitəsi yaradılıb. Müəyyən işlər gedir. Amma Beynəlxalq Olimpiya Komitəsinə hələ konkret təklif və proqram təqdim olunmayıb.
Kamran

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0