Elvin İsayev: Onu da məğlub etməyə çalışacam
01.10.2011 - 23:11
“İtaliyada və Rusiyada yaxşı təlim-məşq toplanışları keçmişik. Rusiya komandası dünyada ən güclülərdəndir. Onlarla birgə hazırlaşmaq bizim xeyrimizə olmalıdır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının boksçusu Elvin İsayev (60 kq) deyib.
Bakıda keçirilən lisenziya xarakterli dünya çempionatına isveçli Raduen Kaya üzərində qələbə ilə başlayan Elvin uğurun ardını gətirmək istəyir: “İsveç idmançısı ilə döyüş asan olmadı. Ümumiyyətlə, dünya çempionatında zəif rəqib yoxdur. 3-cü raundun sonlarında dözümlüyüm yerində idi. Bu da vacib amildir. Əsas məqsədim Olimpiya oyunlarına lisenziya qazanmaqdır”.
İsayevin növbəti mərhələdəki rəqibi Tacikistan boksçusu Madadi Naqzibekov olacaq. Həmyelimiz bu rəqiblə ilk dəfə qarşılaşacağını deyir: “Tacikistan nümayəndəsini tanımıram. Buna bamayaraq, onu məğlub etməyə çalışacam”.

- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0