Azərbaycanlı dünya çempionu Moskvada həbs edildi - FOTO
19.10.2011 - 12:52
Rusiyanın paytaxtı Moskvada əlbəyaxa döyüş üzrə əslən azərbaycanlı dünya çempionu həbs olunub. Lent.az-ın “Life News”a istinadən verdiyi məlumata görə, dünya çempionluğu ilə yanaşı, Avropa çempionluğu və Dünya Kubokunu qazanan idmançımız Samarada polis əməkdaşını öldürməkdə şübhəli bilinir.
O, avqustun 1-də sahə müvəkkili Samvel Mehrabovu bıçaqla qətlə yetirib. Həmin gün Mehrabov Samaradakı “Vodopad” kafesində atasının 50 yaşını qeyd edirmiş. Stollardan birində qonaqlar arasında mübahisə düşüb. Polis konflikti yoluna qoymaq istəyərkən, münaqişə iştirakçılarından biri - 40 yaşlı Budaqov onun qarnına bıçaq zərbələri endirib. Polis aldığı yaralardan ölüb.
Samara təhqiqatçıları qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlayıblar. Axtarışda olan çempion Samara vilayətini tərk edib və Orenburq vilayətindəki qohumlarının evində gizlənib. Oktyabrda o, Moskvaya gəlib, tez-tez yaşayış yerini və telefonunu dəyişərək tanışlarının evində qalıb. Lakin oktyabrın 18-də Rusiya paytaxtında polislər həmyerlimizi saxlayıblar. İdmançı qətl törətdiyini etiraf edib.
Qeyd edək ki, Budaqov 2007-ci ildə narkotik vasitələrin qanunsuz hazırlanması və istifadəsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ildə həbsdən azad edilib. Bu ilin əvvəllərində isə ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və tutulanadək axtarışda olub. Budaqov Azərbaycandan Samaraya qaçıb.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0