“Baku Fires”dan növbəti möhtəşəm qələbə!
11.12.2011 - 15:07
“Baku Fires”dan növbəti möhtəşəm qələbə!
Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turun matçı keçirilib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycanın “Baku Fires” və Almaniyanın “Leipzig Leopards” komandaları qarşılaşıblar. “B” qrupunun liderlərinin matçında Baku Fires klubu möhtəşəm qələbə qazandı – 5:0.
“Baku Fires” – “Leipzig Leopards” – 5:0
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya) – 50:45, 49:46, 49:46.

61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya) - 50:45, 48:47, 49:46

73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya) – 49:46, 50:45, 50:45

85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya) – 50:45, 50:45, 50:45

+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya) – 49:46, 48:47, 49:46

Bu həftə “B” qrupunda cəmi bir matç keçirilib. “Mexico City Guerreros” doğma rinqdə “Istanbul Bosphorus”u 4:1 hesabı ilə məğlub edib. Paris United - Beijing Dragons görüşü Parisdəki arenanın matça hazır olmadığına görə təxirə salınıb və yanvarın 31-də keçiriləcək.
Turnir cədvəli
1. Baku Fires – 12 xal, döyüşlərin fərqi - 16-4 (4 matç)
2. Leipzig Leopards – 9, 13-7 (4)
3. Mexico City Guerreros – 7, 11-8 (4)
4. Paris United – 4, 5-9 (3)
5. Beijing Dragons – 3, 3-12 (3)
6. Istanbul Bosphorus – 2, 6-14 (4)