Boksçularımız 5 bürünc medal qazandı
16.12.2011 - 14:23
Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 7 boksçu ilə yollanmış milli komandamız 5 bürünc medala sahib olub.
Kamran Məlikov (52 kq), Şaban Şahpələngov (56 kq), Elnur Zeynalov (64 kq), Rauf Rəhimov (81 kq) və Fərid Paşayev (91+kq) Avropa çempionatını 3-cü yerdə başa vurublar. Tələbələr arasında yarışda 18 ölkənin 100-ə yaxın boksçusu mübarizə aparıb.
Boksçularımızdan yalnız Salman İbrahimov (60 kq) və Yolçu Zeynalov (75 kq) mükafatçılar sırasına düşə bilməyiblər. Ceyhun Əbiyev yarışda ölkəmizi hakim kimi təmsil edib.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0