Cüdoçularımız üçün uğurlu reytinq cədvəli
21.12.2011 - 12:37
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahını Azərbaycan milli komandasının aparıcı cüdoçuları üçün uğurlu saymaq olar.
Belə ki, son cədvəllə müqayisədə Ağayar Axundzadənin yetirmələrindən heç kim mövqeyini itirməyib. Əvəzində hətta Elxan Məmmədov (90 kq) rəqibinin geriləməsi səbəbindən bir pillə irəliləyərək, 5-ci yerə yüksəlib.
Digər cüdoçularımız İlqar Müşkiyev (60 kq) yenə 10-cu, Tərlan Kərimov (66 kq) 13-cü, Elnur Məmmədli 3-cü, Elxan Rəcəbli (hər ikisi 81 kq) 22-ci, Elmar Qasımov (100 kq) 35-ci, Kifayət Qasımova (57 kq) 13-cü və Ramilə Yusubova (63 kq) 15-ci yeri tuturlar.
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaq.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0