Masallıda beynəlxalq turnir keçirilir
23.12.2011 - 16:36
Masallı Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsinin 20 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib. APA-nın cənub bürosunun məlumatına görə, açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları və görüş iştirakçılarını salamlayaraq, Masallıda ilk dəfə belə yüksək səviyyəli Beynəlxalq turnirin keçirildiyini bildirib.
Tədbirdə həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Boks Federasiyasının vitse-prezidenti Rövşən Hüseynov çıxış edərək, ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından ətraflı bəhs ediblər.
Yarışlardan öncə dünya şöhrətli “Halay” folklor ansamblının və Masallı rayon Mədəniyyət və Turizm İdarəsinin özfəaliyyət kollektivinin çıxışları xoş ovqat yaradıb. Daha sonra Azərbaycan, Rusiya , Ukrayna, Qazaxıstan və Gürcüstan boksçularının gərgin mübarizəsi başlayıb.
Qeyd edək ki, turnir dekabrın 24-də başa çatacaq və qaliblərə mükafatlar təqdim olunacaq.
Ağəddin BABAYEV

- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0