“Alatau”da təlim-məşq toplanışı
29.12.2011 - 17:51
“Baku Fires” boks komandası Qazaxıstanda 10 günlük təlim-məşq toplanışı keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Almatı yaxınlığında “Alatau” müalicə-sağlamlıq kompleksində baş tutan hazırlıq bərpaedici xarakter daşıyıb.
Komandanın məşqçi heyəti üç aylıq gərgin məşqlərdən sonra boksçuların Ümumdünya Boks Seriyası (WSB) yarışlarının qrup mərhələsinin ikinci dövrəsindən əvvəl güclərini bərpa etmələri üçün belə bir toplantının keçirilməsini vacib hesab edib.
Məlum olduğu kimi, bugünlərdə komandaların yeni boksçularla güclənmək imkanı var. “Transfer pəncərəsi”nin müddəti uzadılıb. O, yanvarın 1-də deyil, 10-da başa çatacaq. Yaxın günlərdə “Baku Fires” yeni idmançıları müəyyənləşdirəcək və bundan sonra onların adları açıqlanacaq.
Qeyd edək ki, B qrupunda 5 döyüşdən sonra “Baku Fires” yüz faiz nəticə göstərərək, 15 mümkün xaldan 15-ni toplayıb və 1-ci yeri tutur. Komandamız növbəti matçını yanvarın 14-də Çində “Beijing Dragons”a qarşı keçirəcək.

- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
0
0