Bakıda 93 min dollarlıq turnir
11.01.2012 - 14:46
Yanvarın 13-dən 15-dək Novxanı qəsəbəsindəki “Sərhədçi Atçılıq Mərkəzində” atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı “Qış Kuboku” adlı beynəlxalq turnir keçiriləcək. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan, Polşa, Türkiyə və Gürcüstan idmançıları iştirak edəcəklər.
Türkiyə və İran İslam Respublikasından dəvət olunmuş hakimlər heyətinin idarə edəcəyi turnirin ümumi mükafat fondu 93 min ABŞ dollarıdır. Turnirin ilk günü açılış yarışı, ikinci gün vaxta qarşı yarış və sonuncu gündə isə Qran-pri mərhələsi keçiriləcək.
Yarışlara hər gün saat 15:00-da start veriləcək. İlk 2 gündə iştitakçılar hündürlüyü 145 sm, Qran-pri mərhələsində isə maksimum hündürlük 140-160 sm olan maneələri dəf edəcəklər.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0