Güləşçilərimiz Krivoy-Roqdan 7 medalla qayıdırlar
06.02.2012 - 12:23
Ukraynanın Krivoy-Roq şəhərində keçirilən güləş üzrə yeniyetmə qızlar arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandası böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında turnirdə 10 güləşçi ilə mübarizə aparıb.
117 güləşçinin iştirak etdiyi turnirdə yeniyetmə qızlarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Komandamızın heyətində qızıl medala Sahilə Ələkbərova (40 kq) yiyələnib.
Gümüş medalları yığmamıza Pavliv Hanna (44 kq), Kolesnik Alyona (56 kq) və Korin Darya (70 kq) qazandırıb. Arzu Əliyeva (46 kq), Almaz İsmayılova (52 kq) və Raqnetta Qurbanzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, yığmamız turnirdən əvvəl Krivoy-Roqda təlim-məşq toplanışı keçiblər.

- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0